Ukraynanın Nikolayev şəhərinin mərkəzi bugün səhər saatlarında Rusiya silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalıb.
Mia.az xəbər verir ki, vilayət administrasiyasının binası dağıdılıb.
Hazırda insan tələfatının olub-olmaması dəqiqləşdirilir.
Nikolayev vilayət qubernatoru Vitaliy Kim zərbələr zamanı binada olmayıb: “Araşdırırıq, xilasetmə ilə məşğuluq. Bu, dəhşətdir. Gözləyiblər ki, insanlar işə çıxsınlar və dərhal binanı vurublar. Mən yatıb qalmışdım. Bəxtim gətirdi. Bu dəfəlik",