NATO Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 1 il uzadılıb.

Mia.az xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.

Bildirib ki, bu barədə  NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında qərar qəbul olunub: “NATO dövlət və hökumət başçılarının Baş katiblik müddətimizi 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına görə şərəf duyuram. Biz ciddi böhranla üzləşmişik. Ona görə də Alyansımızı güclü saxlamalı və xalqımızın təhlükəsizliyini qorumaq naminə birləşmişik”.