ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt 84 yaşında vəfat edib.
Mia.az xəbər verir ki, o, xərçəng xəstəliyindən müalicə olunurdu.
Qeyd edək ki, o, ABŞ-ın ilk qadın, eləcə də 64-cü dövlət katibi olub.
Madlen Olbrayt 1937-ci ildə Çexiyanın Praqa şəhərində diplomat ailəsində anadan olub. 1978-ci ildən ABŞ Prezidenti Ceyms Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilib, 1984 və 1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləyib.
M.Olbrayt 1993-cü ilin fevralında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edilib. 1997-2000-ci illərdə isə ABŞ-ın dövlət katibi olub.