“Türkiyə Ukrayna böhranının lap əvvəlindən aydın mövqe tutub”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Türkiyə olaraq, tərəfləri sağlam düşüncəyə çağırır: "Biz gərginliyin azalmasını istəyirik. Biz buna nail olmaq üçün geniş məsləhətləşmələr aparırıq. Zelenski və Putinlə təmasları davam etdirirəm”.