Rusiya ordusu Ukraynanın Mariupol şəhərində 400-ə yaxın dinc sakinin səğındığı məktəbi bombalayıb.

Mia.az TRT-yə istinadla xəbər verir ki, bu barədə Mariupol meriyası açıqlama yayıb.

Bildirilib ki, İncəsənət məktəbinə atılan bomba nəticəsində çoxu uşaq, qadın və yaşlı olan insanlar dağıntılar altında qalıblar.

Ölən və ya yaralananların dəqiq sayı bəlli deyil.

***

Ukrayna Prezidenti Volodimir Zelenski də hadisəyə sərt reasksiya verib.

Mia.az xəbər verir ki, o, Rusiya aviasiyasının mühasirəyə alınan Mariupolda incəsənət məktəbinə bomba atdığını təsdiqləyərək, orada insanların gizləndiyini deyib: "Həmin məktəb hərbi mövqe deyildi, orada 400 dinc sakin var idi. Onların əksəriyyəti qadınlar, uşaqlar, yaşlı insanlardır. Onlar dağıntılar altındadır. Biz neçə nəfərin sağ olduğunu bilmirik, amma bombanı atan pilotu tanıyırıq, onu mütləq məhv edəcəyik".