Ukrayna baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri İrina Vereşuk Rusiya ordusundan əsir alınan hərbçilərin sayını açıqlayıb.
Mia.az xəbər verir ki, o, Ukrayna tərəfinə əsir düşmüş Rusiya hərbçilərinin sayının 562 nəfər olduğunu bildirib: "Onlarla beynəlxalq humanitar hüquq normalarına uyğun davranılır".