“ABŞ Prezidenti Cozef Baydenin dövlət başçımız Vladimir Putin əleyhinə açıqlamaları təhqirdir, ancaq biz ona əhəmiyyət verməyəcəyik”.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Bayden hər gün belə təhqirlər səsləndirir: "Görünür, o, əsəbi, çox yorğun və unutqandır. Biz isə daha çox gərginlik yaratmaq istəmirik”.
Xatırladaq ki, Bayden Putini "qamlı diktator" və "xalis başkəsən" adlandırıb.
Mia.Az