“Ukraynadakı müharibəyə məsuliyyəti təkcə Prezident Vladimir Putin daşımır”.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviter səhifəsində yazıb.

“Eyni zamanda, onun siyasətini dəstəkləyən və planlarını həyata keçirən ruslar da məsuliyyət daşıyırlar. Reallıq budur ki, Ukrayna şəhərlərinə bombalar yağdırılır və bəziləri Putini dəstəkləyir. Onlar təbliğatla zəhərlənsələr də, məsuliyyət daşıyırlar”.