“Ukraynada uçuşa qadağa zonasının yaradılması sizin Rusiya ilə döyüşlərdə iştirak etməyiniz deməkdir".
Mia.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin dünən Slovakiyada keçirilən mətbuat konfransında deyib.
O, təkrar edib ki, ABŞ Rusiya ilə birbaşa müharibə etməyəcək: "Bizim qüvvələrimiz Ukraynada döyüşməyəcək. Ancaq biz Ukraynanı və onun ərazisini qorumaq səylərini dəstəkləmək üçün mümkün olan hər şeyi edəcəyik".