“Ukraynanın bərpası üçün bu ölkəyə maliyyə dəstəyi göstərilməlidir”.
Mia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb.
O bildirib ki, müharibə mümkün qədər tez dayandırılmalıdır: "Beynəlxalq donorlar konfransının başlanması vacibdir. Bu, Ukrayna hakimiyyəti ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir”.