"Hərbi əməliyyatlar başladığı vaxtdan indiyədək Xarkovda 500-dən çox dinc sakin ölüb, 600-dək bina dağıdılıb".
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
“Ümumilikdə, Xarkovda 500-dən çox dinc sakin ölüb, onlardan 88-nin meyiti dağıntılar altından çıxarılıb. Axtarış işləri davam etdirilir. Xilasedicilər sayəsində binaların dağıntıları altından qalmış 189 nəfər xilas edilib”, - məlumatda deyilir/Report.
Bu arada Ukrayna MN hazırda Xarkovda şiddətli döyüşlərin getdiyini açıqlayıb.
Mia.az