Bu gün Brüseldə NATO-nun mənzil-qərargahında Alyansa üzv olan ölkələrin müdafiə nazirlərinin fövqəladə iclası keçiriləcək.
Mia.az xəbər verir ki, bu barədə açıqlama verən NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, iclasda Rusiyanın Ukraynaya hücumu və müharibənin nəticələri ilə yanaşı, NATO-nun uzunmüddətli perspektivdə atacağı addımlar müzakirə olunacaq: "Biz bu böhranın Ukrayna sərhədlərindən kənara çıxmayacağına əmin olmalıyıq”.