Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 16:25-də qeydə alınıb. Zəlzələnin episentri ölkənin qərbindəki Van rayonunun Sulori kəndi yaxınlığında olub/Report.