"Ukraynada davamlı atəşkəsin əldə olunması üçün səylərimizi əsirgəməyəcəyik".
Mia.az TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniyanın Kansleri Olaf Şolts ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O, Avropanın təhlükəsizliyi üçün tədbirlər görməklə yanaşı, Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində səylərini artıracaqlarını bildirib.