Türkiyədə seçki baryeri 10 %-dən 7 %-ə endiriləcək.

Mia.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyası və hökuməti dəstəkləyən Millətçi Hərəkat Partiyası 15 maddəlik yeni layihə hazırlayıb.

Qeyd edək ki, 1980-ci ilədək Türkiyədə seçki baryeri mövcud olmayıb.

1983-cü ildə isə qəbul olunan qərara görə, 10 faizlik seçki baryeri müəyyənləşdirilib.