"Türkiyə ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksini əldə etmək imkanlarını nəzərdən keçirməyi dayandırıb".

 TASS xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi idarəsinin başçısı İsmayı Dəmir bildirib.

O bildirib ki, hazırda “Patriot” zenit-raket kompleksi üzrə məsələ müzakirə olunmur: "Bu səhifə müdafiə sənayesi kompleksimizin baxışından bizim üçün bağlanıb”.

İsmayıl Dəmir vurğulayıb ki, “S-400” kompleksi ilə bağlı müqavilənin icrasında Ankara ilə Moskva arasında heç bir problem yoxdur/Report.

Qeyd edək ki, 2017-ci ildə Rusiya ilə Türkiyə arasında bu istiqamətdə müqavilə imzalanıb. Rəsmi Ankaranın bu addımına ABŞ və NATO üzvü olan bəzi dövlətlər tərəfindən kəskin reaksiya verilib. 2020-ci ilin dekabrında isə ABŞ Türkiyəyə sanksiya tətbiq edib.