“Vladimir Putin heç vaxt Ukraynada qələbə qazanmayacaq”.
Mia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ evdə Kolumbiya lideri İvan Duke ilə danışıqlardan əvvəl deyib.
O bildirib ki, ABŞ və dünya ictimaiyyəti öz ölkəsini müdafiə edən Ukrayna xalqını dəstəkləməyə davam edəcək: "Mən buna inanıram. ABŞ Ukraynaya bu günə kimi bir milyard dollar yardım ayırıb. Hazrda isə Ukraynaya yeni müdafiə avadanlıqları göndərilir. ABŞ-ın sanksiyaları da Rusiya iqtisadiyyatını zəiflədib, milli valyutası dəyər itirib".