Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin teleqram kanalında "Qalstuksuz format" başlıqlı foto-məlumat yayılıb.

Xatırladaq ki, bu gün Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN başçıları Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında üçtərəfli görüş olacaq.