Böyük Britaniya Rusiyaya qarşı yeni aviasiya sanksiyası tətbiq edib.

Bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

O bildirib ki, bu gün Britaniya öz hava səmasında istənilən Rusiya təyyarəsini saxlamağa imkan verən yeni sanksiyalar qəbul edib: "Bu qərar Rusiya ilə əlaqədə olan fiziki və hüquqi şəxslər də aiddir. Artıq ilk rus təyyarəsi saxlanılıb. İndi təyyarənin əsas sahibinin kim olduğu ilə bağlı araşdırma aparılacaq".

Mia.az