“Kiyev NATO ilə Rusiya arasında münaqişə yaratmaq istəyir”.
TASS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Ukrayna prezidenti Zelenskinin bəyanatları nikbinlik vəd etmir: "Biz Rusiya üçün təhlükə yaradan Ukraynanın hərbi obyektlərinə zərbələr endiririk”.
O əlavə edib ki, Ukrayna ilə danışıqların növbəti mərhələsi üçün hələlik Rusiyaya heç bir tarix təqdim edilməyib: "Biz cavab gözləyirik".
MİA.AZ