Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı olub.
Mia.az Türkiyə XİN-ə istinadla bildirir ki, telefon danışığı zamanı tərəflərin mülki əhalinin çıxarılması üçün humanitar dəhlizin yaradılması haqqında razılığa gəlməsindən Türkiyənin məmnunluğu ifadə edilib.