Ukraynanın Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı olub.

Bu barədə Ukraynanın dövlət başçısı tviterdə bildirib: Böyük Britaniyanın Baş nazir Boris Consonla fəaliyyətimiz koordinasiya edilir. Ukrayna müdafiəsinin kursu və Rusiyanın mülki əhaliyə qarşı son cinayətləri barədə məlumat verdim. Biz Böyük Britaniyanın təcavüzlə mübarizədə davamlı əhəmiyyətli köməyinə görə minnətdarıq. Tərəfdaşlarla birlikdə müdafiədəyik!”.