“Əgər Ukrayna məhv olsa, ABŞ da məhv olacaq”.
Bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa BMT Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyasında çıxışı zamanı deyib.
“Ukrayna məhv olsa, demokratiya da uğursuz olacaq. Biz Ukraynanı da, ABŞ-ı da, demokratiyanı da xilas edə bilərik. Beynəlxalq hüququn pozulması davam edir. Tamamilə dağıdılan ərazilərimiz var”, - deyə o, bildirib/Report.
Qeyd edək ki, BMT Baş Assambleyasının xüsusi sessiyası sonuncu dəfə Fələstin ərazilərindəki vəziyyətlə bağlı 1997-ci ildə çağırılıb.