NATO-nun Baş katibi Yens Stoltenberqlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Mia.az xəbər verir ki, bu barədə Alyansın rəhbəri tviter hesabında yazıb: “Ukrayna xalqının cəsarətini təqdir etdim. NATO müttəfiqləri tank əleyhinə silahlar, həmçinin humanitar və maliyyə yardımı ilə dəstəyi artırır”.