Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Rusiya XİN başçısı Sergey Lavrovla yenə telefonda danışıb.

Mia.az TRT-yə istinadla xəbər verir ki, tərəflər Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər: "Çavuşoğlu atəşkəsin əldə edilməsi istiqamətində fəaliyyətin vacibliyini Lavrovun diqqətinə çatdırıb".

Nazirlər, eyni zamanda, təxliyə və humanitar məsələlərini də müzakirə ediblər.