Ukraynanın müdafiə naziri müavini Anna Malyar Rusiya Silahlı Qüvvələrinin texnika itkilərinin son sayını açıqlayıb.

Mia.az xəbər verir ki, bu barədə Anna Malyar feysbuk hesabında yazıb.

O bildirib ki, Ukraynadakı müharibənin əvvəlki üç günündə (24, 25, 26 fevral) Rusiyanın 27 təyyarəsi, 26 helikopteri, 146 tankı, 706 zirehli döyüş maşını, 49 topu, 1 “Buk” ZRK-sı, 30 hərbi avtomobili, 2 gəmi/qayığı məhv edilib.

Onu da qeyd edək ki, rəsmi Kiyev bu gündək 4 minə yaxın rus hərbçisinin öldürüldüyünü də bəyan edir.

Bu arada bəlli olub ki, az əvvəl Ukryana Silahlı Qüvvələri Kiyevin Darnitsa rayonu istiqamətindən şəhərə hücum edən Rusiyanın tanklardan ibarət hərbi karvanının PUA ilə vurularaq məhv edildiyini bəyan edib.

Mia.az