Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadakı müvəqqəti işlər vəkili Vasili Pokotilonu geri çağırıb.
Bu barədə Ukrayna XİN məlumat yayıb.
Bildirilib ki, vəkillə məsləhətləşmələr olacaq.
Onu da qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə diplomatik münasibətlərin kəsilə biləcəyi barədə anons verib.