Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə sərhəddəki vəziyyətə münasibət bildirib.
TASS xəbər verir ki, o, Ukraynanın cənub-şərqindəki gərginliyin azalmasına dair heç bir əlamət görmədiklərini deyib.
"Bu, dərin narahatlıq doğurur. Vəziyyət, həqiqətən, çox gərgindir. Atışmalar daha da intensivləşir”, - deyə o qeyd edib/Report.
Peskov onu da bildirib ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Mia.az-ın məlumatına görə, söhbət Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasından deyil, böyük iclasdan gedir.
Mia.az