Rusiyanın Rostov vilayətində fövqəladə vəziyyət elan olunub.

Rusiya mətbuatı xəbər verir ki, Ukraynanın Donbass bölgəsindən təxliyə olunan qaçqınlarla bağlı vilayətinin bütün ərazisində 19 fevral saat 10:00-dan etibarən fövqəladə vəziyyət elan olunması haqda fərman verilib/APA.

Xatırladaq ki, separatçı “Donetsk və Luqansk Xalq Respublikaları”nın 1,1 mindən çox sakini Rostov vilayətinə gəlib.