Dünən İranda tanınmış din xadimi, fəqih, ayətullah-üzma Lütfüllah Səfi Gülpayaqaninin vəfatı ilə bağlı fevralın 2-də matəm elan edilib.
Mia.az İran mətbuatına istinadla xəbər verir ki, matəmlə əlaqədar din xadiminin yaşadığı və fəaliyyət göstərdiyi Qum şəhərində rəsmi bayramlar qadağan olunub.
Xatırladaq ki, din xadiminin İraqın Kərbəla şəhərində dəfn olunacağı bildirilir.