Jurnalist bez silahlı zəxs tərəfindən qətlə yetirilib
Nigeriyada ?The Guardian? qəzetinin xəbər redaktorunun köməkçisi Bayo Ohu
beş sialhlı şəxs tərəfindən qətlə yetirilib. Bu barədə Beynəlxalq Avrasiya
Mərbuat Fonduna (BAMF) Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) məlumat
verilib. Məlumata görə, qatillər kilsəyə getməyə hazırlaşan jurnalistə
evinin qapısını açan kimi səkkiz dəfə atəş açıblar.
Polis B.Ohuya hücumun silahlı oğurluq olmasından şübhələndiyini desə də, evdən jurnalistin noutbukundan və mobil telefonundan başqa heç nə götürülməyib. Bu da onun
qətlinin məhz jurnalist fəaliyyəti ilə əlaqədar olması ilə bağlı şübhələrə
səbəb olur.
Bayo Ohunun uşaqlarından biri bildirib ki, silahlılardan biri ?Səfeh öldü?
deyə qışqırıb. Qonşular isə silahlıların atəş açdıqdan sonra hadisə yerində
bir qədər də qaldıqlarını, adamları uzaqlaşdırmaq üçün havaya atəş
açdıqlarını bildiriblər. BMİ-nin Ölüm Siyahısına görə, Nigeriyada 2006-cı
ildən bəri iki jurnalist məqsədli şəkildə qətlə yetirilib və hər iki qətllə
bağlı heç kim həbs olunmayıb.
BMİ-nin direktoru Devid Dədc Nigeriya hökumətini bu qəddar qətli ətraflı
araşdırmağa çağırıb: ?Əgər Bayo Ohunun qətlinin onun jurnalist kimi
fəaliyyət göstərməsi ilə əlaqədar olması meydana çıxarsa, onda Nigeriya
hökuməti bu qatillərin azadlıqda qalmasına görə ölkədəki hər bir jurnalist
qarşısında məsuliyyət daşıyacaq?.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20