Tərtərdə Yevlax sakinindən “patı” və heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Elməddin Bayramzadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin (patı) və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.