Qazaxıstanda iğtişaşlar başlayandan sonra Türkiyədən ölkəyə gələn kriminal dairələrdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumaqeldiyev saxlanılıb.

Bu barədə “Sputnik Live” məlumat yayıb.

Bir sıra KİV-nin məlumatına görə, onun Qazaxıstanda etiraz aksiyalarının və təhlükəsizlik qüvvələrinə silahlı hücumların əsas təşkilatçılarından biri olduğu ehtimal edilir.

Xatırladaq ki, ötən gün Qazaxıstana gedərək etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.

Qeyd edək ki, o, avqustun 20-də Antalyada güllələnən Lotu Quli ləqəbli avtoritet Nadir Səlifovun və məşhur türkiyəli mafiya başçısı Sedat Pekerin yaxın dostudur/Yeniavaz.com