Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Ali Məclisinin 26 dekabr sessiyasında sədr müavinləri təqdim olunub.
Mia.az xəbər verir ki, Ədalət Yusub partiya sədrinin təşkilati məsələlər üzrə müavini, Adil Qeybulla strategiyalar və siyasətlər üzrə müavini, Samir Abbaslı demokratik təsisatlarla və ictimaiyyətlə əlaqələr üzrə müavini, Əlövsət Talışxanlı özəl institutlar və sahibkarlarla iş üzrə müavini, Rüfət Muradlı türk dünyası ilə əlaqələr və diasporla iş üzrə müavini vəzifəsinə təsdiqləniblər.
Ellada Məmmədli İcra Aparatının sədri postuna təyinat alıb.
Partiya sədrinin müşavirlərinin təyin olunduğu, Ali Məclisin komissiya sədrlərinin seçildiyi də xəbər verilir.
Məlumata görə, həmçinin ADR Partiyasının 2022-ci il üçün fəaliyyət proqramı qəbul olunub.
ADR Partiyasının təsis qurultayı oktyabrın 17-də internet vasitəsilə keçirilib. 201