ABŞ-ın yeni prezidenti Donald Trampın az əvvəl Suriyadakı vəziyyətlə bağlı "Ərdoğan çox ağılı və güclüdür. Çox güclü orduda yaradınb. Oradakı əss qalib Türkiyədir" sözlərinə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, Misirə səfərindən geri dönərkən təyyarədə jurnalistləri sialına cavabda Trampın sözərini təqdir edib.

Ərdoğan deyib ki, ölkədəki müxalifətdən başqa hamı Türkiyənin qüdrətindən və effektivliyini bilir, fərqindədir: "Əslində, bəzi şeylərdən xəbərdardırlar, amma həqiqəti deməyə öyrəşmədikləri üçün faktları təhrif edirlər. Beynəlxalq beyin mərkəzlərindən tutmuş mediaya qədər hamı Türkiyənin diplomatiyada artan gücü haqqında yazır. Biz də bu gücün qaynağı olan millətimizlə məsuliyyətimizi bilir və ona uyöun sistemli hərəkət edirik. Cənab Tramp situasiya qiymətləndirməsi etməklə, əslində, ölkəmizin gücünü və effektivliyini vurğulayır. Cənab Tramp praqmatik siyasətçidir. O, ölkəsi və müttəfiqləri üçün xərclər yaradan siyasətləri dəyişdirmək vizyonuna malikdir. Təhvil-təslimdən sonra yəqin ki, ilk təbriklərimizi verəcəyik və gündəliyimizdəki məsələləri səmimiyyətlə həll etməyə başlayacağıq”.

Lamiyə Əhmədli
MİA.AZ