Salyanda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə Seyidsadıqlı kəndində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində rayonun Sarvan kənd sakini, 1985-ci il təvəllüdlü İsmayılov Vasif Ağahüseyn oğlu ölüb, rayonun Şorsulu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Alim Əzizağa oğlu isə xəsarət alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır/Report.