ABŞ-ın keçmiş Prezidenti, 75 yaşlı Bill Klintonun sağlıq durumu açıqlanıb. 

Məlumata görə, eks-prezidentin sözçüsü Angel Ureya onun vəziyyətinin yaxşı olduğunu bildirib. 

“İki günlük müalicədən sonra leykositlərin sayı azalıb. Onun yaxın zamanda evə buraxılacağına ümid edirik”, - o deyib.

ABŞ-ın keçmiş prezidenti Uilyam Ceferson (Bill) Klinton Kaliforniyada xəstəxanalardan birinə yerləşdirilib.

Qeyd edilir ki, onun xəstəliyi COVID-19 ilə bağlı deyil, qan zəhərlənməsi ilə əlaqədardır.