Livanın paytaxtı Beyrutda atışma dayanıb.
OTV kanalının verdiyi xəbərə görə, intensiv atışmanın olduğu Əl-Tayyuni rayonunda sabitlik bərpa olunub.
Hərbi tribunal Beyrutun qərbində baş verən silahlı qarşıdurmanı araşdırmaq üçün ordunun kəşfiyyatı xidmətini təlimatlandırıb.
Livan Daxili İşlər Nazirliyi silahlı atışma nəticəsində 6 nəfərin öldüyünü, 60-dan çox adamın yaralandığını təsdiqləyib. Ordu şəhərə zirehli maşınlar gətirib və silahlı şəxslərə qarşı atəş açılacağı barədə xəbərdarlıq yayıb.
Bildirilir ki, intensiv silahlı qarşıdurmanın yaşandığı Əl-Tayyuni rayonundan bir neçə ailə təxliyə olunub/APA.