ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında Moskvada görüş keçirilib.

Tərəflər arasında əsasən ABŞ-Rusiya münasibətləri müzakirə olunub.

Məlumata görə, V.Nuland Rusiya Prezident Adminisrtrasiyası rəhbərinin müavini Dmitri Kozak, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla da görüşəcək.

Qeyd edək ki, V.Nuland 2019-cu ildən rəsmi Moskvanın “qara siyahısı"na daxil edilmişdi və ona Rusiyaya səfər etmək qadağan olunmuşdu./Report