Gürcüstanın Acarıstan bölgəsində zəncirvari yol qəzası baş verib.

Mərkəzi magistralda Çakvi tuneli yaxınlığında yük maşını aşıb.

Nəqliyyat vasitəsi daha sonra digər yük maşını və iki minik avtomoboli ilə toqquşub.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb./Report