Ermənistanda son sutkada daha 1 151 nəfər COVID-19-a yoluxub.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 272 356-ya yüksəlib.

Son sutkada 20 nəfər ölüb. Bununla da COVID-19-dan ölənlərin sayı 5 549-a yüksəlib.

Virusdan 248 267 nəfər sağalıb. Hazırda 17 313 pasiyent müalicə olunur./Report