Monteneqronun Prezidenti Milo Cukanoviç sabah Gürcüstana ilk rəsmi səfərini edəcək.
Gürcüstan prezidentinin Orbeliani sarayında M.Cukanoviçin rəsmi qarşılanma mərasimi olacaq.
Daha sonra Gürcüstanın dövlət başçısı Salome Zurabişvili və Monteneqro prezidenti arasında təkbətək görüş keçiriləcək. Prezidentlər mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.
M.Cukanoviçin səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə də görüşü planlaşdırılıb./Report