Hərbi Dəniz Qüvvələri Komandanlığına aid gəmilər Türkiyənin şelf sularına qanunsuz və icazəsiz daxil olan Yunanıstanın tədqiqat gəmisini bölgədən çıxarıb.
Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, NOTMAR və NAVTEX-ə (dəniz sularında nəqliyyatın tənzimlənməsi haqqında beynəlxalq qanunlar) əsasən, Yunanıstana məxsus geoloji kəşfiyyat gəmisi oktyabrın 1-dən fəaliyyətini Türkiyə ilə əlaqələndirməlidir./Report