Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Marneuli rayonuna əlavə polis qüvvələri göndərib.

Bu barədə yerli telekanallar məlumat yayıb.

DİN-ə məxsus pikap karvanı Tbilisi-Marneuli yolunda görünüb. Marneuliyə əlavə polis qüvvələri rayonda səsvermə günü vəziyyətin gərginləşməsinə yol verməmək üçün cəlb edilib.

Bu gün səhərdən Marneulinin bəzi seçki məntəqələrində insidentlər qeydə alınıb./Report