Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin ölkəsinə qayıtması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
“Bu, Kreml üçün maraqlı mövzu deyil. Amma o, harada olursa, orada “sirk” var”, - deyə D.Peskov bildirib.
Xatırladaq ki, M.Saakaşvili səkkiz ildən sonra Gürcüstana qayıdıb. O, daha sonra Gürcüstanda olduğunu təsdiq edən video paylaşıb və oktyabrın 3-də tərəfdaşları ilə birgə Tbilisiyə yollanmaq niyyətində olduğunu bildirib. Ölkənin Daxili İşlər Nazirliyi isə Saakaşvilinin Gürcüstan sərhədini keçmədiyi barədə məlumat yayıb.