Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 383 ictimai iaşə obyektində 666 monitorinq keçirib.
AQTA-dan Mia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 14 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus “Pakhlava” çay evi;
Bakı şəhəri, Sabunçu rayonu, Fətəliyev küçəsi 56e ünvanında yerləşən, fiziki şəxs Şirinov Nicat Mahmud oğluna məxsus çay evi;
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 65C ünvanında yerləşən, hüquqi şəxs "Başarı" MMC-yə məxsus “Antep Lahmacun” restoranı;
Bakı şəhəri, Yasamal rayonu, Müşfiq heykəli parkında yerləşən, fiziki şəxs Mikayılzadə Ramiz Mikayıl oğluna məxsus restoran;
Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Salman Ağahəsən oğluna məxsus “Beer Daha” pub;
Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Tərlan Əlirza oğluna məxsus “Cirə” restoranı;
Bakı şəhəri, Nərimanov rayonu, Xoyski pr. 830-835-ci məhəllə ünvanında yerləşən, hüquqi şəxs "Fryday" MMC-yə məxsus kafe;
Tərtər rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Bayramov Seymur İlham oğluna məxsus "Yadigar" kafesi;
Ağdaş rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Abdullayev Elşən Raqif oğluna məxsus kafe.