Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi nəqliyyat vasitələri və onların qoşquları üçün dövlət qeydiyyat nişanlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə vahid dövlət satınalmaları portalında məlumat verilib.
Məlumata görə, tenderin qalibi “Techtrade” QSC-dir.
Qalib şirkətə 44 min 760 manat ödəniləcək.
Xatırladaq ki, qalib şirkətlə bağlı maraqlı məlumatlar var.
Bu barədə araşdırmalarımız olacaq.
Mia.az