Pandemiyadan zərər çəkmiş sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5 463 müraciət daxil olub, bunlardan 4 497-nə (82,3 %) subsidiyanın veilməsi barədə müsbət qərar qəbul edilib.

Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Bildirib ki, təsdiqlənmiş subsidiyanın məbləği 57 milyon manatdır.