“Azərbaycanla Pakistan arasında həm siyasi, həm də iqtisadi əlaqələr mövcuddur. Yeni yaradılan Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) bu əlaqələrin inkişafında rolu böyük olacaq”.

Mia.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

O bildirib ki, tezliklə Pakistanda Azərbaycan Ticarət Evi açılacaq: “PAKAZCHAM-ın bu prosesə töhfə verəcəyinə inanırıq”.