Azərbaycan Mətbuat Şurasında iyunun 29-da jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.

Mia.az xəbər verir ki, bu barədə Şura açıqlama yayıb.

Bildirilib ki, peyvəndləmə mayın 31-də vaksinin birinci dozası tətbiq edilən jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcək.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.